Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Şagirdi döydüyü deyilən müdir istefa verdi

 

Xaçmaz rayonunda şagirdi döydüyü iddia edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

Yenixeber.org xəbər verir ki, R.Hacıyev bu gün vəzifəsindən istefa verməsi barədə özü paylaşım edib. O, bunu çox yorulması və estafeti digərlərinə ötürmək istəyi ilə əlaqələndirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Daxili İşlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.

Qeyd edək ki, bir neçə ay əvvəl R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam