Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Məktəblərdə qızılca ilə bağlı SON DURUM -RƏSMİ

 

Son günlər orta və ali təhsil müəssisələrində sürətlə yayılan qızılca cəmiyyət arasında böyük narahatlığa səbəb olub.

Yenixeber.org: Belə ki, son günlərdə, xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Dünən Kürdəmirdə 4 yaşlı uşağın qızılcaya yoluxaraq ölməsi insanları daha da təşvişə salıb.

Xatırladaq ki, dünyasını dəyişən 4 yaşlı uşağın qızılcaya qarşı peyvənd olunmadığı məlum olub.

TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.

Məktəblərdə qızılca ilə bağlı son durumu öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik.

Sorğuya cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar: "Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir".

"Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır", - Elm və Təhsil Nazirliyindən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam