Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Abşeron-Xızı Regional Təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır -FOTOLAR

Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin ibtidai siniflərində şagirdlərə məcburi kitab satılır. 
Yenixeber.org: Məlumata görə, ibtidai siniflərə məcburi kitabların satılması Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin təşəbbüsüdür. 
Məktəb direktorlarına kitabların satılması barədə göstərişindən Regional Təhsil İdarəsindən verildiyi deyilir. 
"Azərbaycan dili" və "Riyaziyyat" test tapşırıqları kitablarının ibtidai siniflərə 7.5 manatdan satılır.
Kitabların layihə rəhbəri "Körpü nəşriyyatı"nın sahibi Akif Şahbazovdur. 
İlginc məqam isə kitabda texniki səhvlərin çox olmasıdır. 
İlk səhifələrindən texniki səhvləri diqqət çəkən test kitablarının ibtidai siniflərin şagirdlərinə məcburi satılmasına səbəb layihə və nəşriyyat rəhbəri Akif Şahbazovun Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə dostluq münasibətlərinin olması göstərilir. 
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində 99 orta məktəb, 95 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. 
O, 2022-ci ilin aprel ayında İdarəyə rəhbərlik edir.(Arqument.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam