Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kəlbəcərin təhsil sektorunun müdirindən şikayətçi olan direktor -QANUNİ İŞİMİZƏ MÜDAXİLƏ EDİR

Son zamanlar sosial şəbəkələrdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçilyində olan Kəlbəcər təhsil sektorunun rəhbəri Namiq Rəcəbov haqqında bəzi məktəb direktorlarının narazılığını əks etdirən qeydləri yayılır.
Yenixeber.org: Qeyd edək ki, sonuncu belə bir qeydi Mingəçevirdə  yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim səsləndirib. O, özünün sosial şəbəkə hesabında yazır: “Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kərgüzarlıq növünə dərkənar qoymaq sindiromu…
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri…”
“Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır” deyə Elşən Əzim fikirlərini tamamlayıb.
Bu narazılığı ilə bağlı əməkdaşımız adıçəkilən direktorla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Elşən Əzim bunları deyib:

“Məktəb direktorlarının səlahiyyətinə müdaxilə olunur. Məktəb direktoru dərs bölgüsünə ilin istənilən vaxtı dəyişiklik etmək səlahiyyətindədir. Bunu qanun çərçivəsində edirsə, heç kimin etiraz etmək, icazə verməmək hüququ yoxdur. Əmrlərin yazılışında əmrin məzmunundan asılı olaraq mühasiblə, hüquqşünasla, məşğulluq mərkəzi ilə, məsləhətçilərlə müzakirə oluna bilər. Bu da əmr yazılmamışdan əvvəl onun layihəsinin müzakirəsi müstəvisində ola bilər, ancaq yazılmış əmrə bir başqasının dərkənar qoyması və o əmrin icrasının həmin dərkənardan sonra həyata keçirilməsi heç kərgüzarlıq qaydalarında nəzərdə tutulmayıb. Ümumiyyətlə özünün əmr vermək səlahiyyəti, möhürü olmayan şəxs əmr vermək səlahiyyəti olan şəxsin əmrinə necə icazə verə bilər? Ya o sektor müdirlərinin səlahiyyəti artırılsın, ya da direktorların səlahiyyəti rəsmi olaraq məhdudlaşdırılsın, birdəfəlik işimizi bilək”.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam