Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

Yenixeber.org:  Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 519 abituriyentdən 98 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 374 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 15 avqust 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 14 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam