Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abituriyentlər daha çox bu ali məktəblərə maraq göstərir -STATİSTİKA

Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında ayrı-ayrı ali təhsil müəssisələrinin ixtisaslarına qəbul olan abituriyentlərin qruplar üzrə orta bal göstəriciləri təqdim edilib. 

Yenixeber.org:  Bu barədə DİM-dən məlumat verilib. 

Bildirilib ki, I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi (651.500), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (605.295), ADA Universiteti (594.426), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (586.576), II ixtisas qrupu üzrə ADA Universiteti (582.663), Bakı Ali Neft Məktəbi (524.058), III ixtisas qrupu üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (566.323), ADA Universiteti (555.185), Milli Aviasiya Akademiyası (542.576), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (532.626), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (603.874) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir. 

Qeyd olunduğu kimi, yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Tibb Universitetinə, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına meyil və marağı böyük olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam