Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

İyulun 6-da şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. 

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Belə ki, 1 889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq. İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiq ilə bağlı hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. 

Qeyd edək ki, //miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam