Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ən yüksək balı onlar TOPLADI -ADLAR

Ən yüksək balı onlar TOPLADI - ADLAR

3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər. 

Yenixeber.org: Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb. 

Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb. 

Ən yüksək bal toplayan abituriyentlərin adlarını təqdim edirik: 

I ixtisas qrupu

1. Hüseyn Saud Vasif oğlu – (400 bal)
2. Abdullayev Emil Rasim oğli – (400 bal)
3. Nəzərov Cavid Mehman oğlu – (hər iki mərhələnin cəminə görə ən yüksək nəticə - 692.8 bal, qrup birincisi)

 

IV ixtisas qrupu


1. Məmmədov Nurlan Rəşad oğlu – (397 bal)
2. Mahmudzadə Məryəm Əli oğlu – (hər iki mərhələnin cəminə görə ən yüksək nəticə - 686 bal, qrup birincisi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam