Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllimlərin sertifikasiya imtahanına START VERİLİR

Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır. 

Yenixeber.org:   Onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir. 

Gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək. 

Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq. 

Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək. 

Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam