Redaktor seçimi
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… -
RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… -
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Günün xəbəri

Qabiliyyət imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başa çatır. 

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat bu gün saat 23:59-dək davam edəcək. 

Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. 

Bədən tərbiyəsi və idman istiqaməti, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat isə 5 iyun saat 23:59-da bitəcək. 

Diqqət! 

Musiqi sənəti istiqamətinin qabiliyyət imtahan komissiyaları üzrə göstərilən tarixə qədər qeydiyyatdan keçməyən və ya nəzəriyyə fənləri imtahanlarında iştirak edib müsbət qiymət almayan abituriyentlər digər komissiyaların ixtisas imtahanlarında iştirak etmək üçün aparılacaq növbəti qeydiyyat mərhələsinə buraxılmayacaqlar. Seçilən əlavə komissiyaların nəzəriyyə fənləri abituriyentin imtahan verdiyi nəzəriyyə fənlərinə uyğun olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam