Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM dövlət qulluğu ilə bağlı keçirdiyi imtahanın nəticələri açıqlayıb

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə mayın 14-də keçirilən imtahanın nəticələri elan olunub.

Yenixeber.org: Namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:



Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 242 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 22, BB2 altqrupu üzrə 48, BB3 altqrupu üzrə 52, BB4 altqrupu üzrə 54 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 may saat 10:00-dan 18 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək 


elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam