“Xarı bülbül” və Rasim Mehdiyev adları tərs mütənasibdir – Humanitar kollecin anti-humanist direktoru -DE-FAKTO
Yenixeber.org: Şuşanı haqlı olaraq “Qafqazın konservatoriyası” adlandırırlar. Şuşa Üzeyir bəy, Seyid Şuşinski, Xan Şuşinski kimi bəstəkar və müğənnilər yetirən torpaqdır. Burada keçirilən “Xarı bülbül” beynəlxalq festivalına dünyanın bir çox ölkələrindən musiqi xadimləri gəlirdilər.
Şuşalı musiqiçi kadrların yetişdirilməsində vaxtilə Şuşa Mədəni-Maarif Texnikumu (2010-cu ildən Şuşa Humanitar Kolleci) da böyük rol oynamışdır. ollec 1922-ci ildə Şuşa Müəllimlər Seminariyası adı altında fəaliyyətə başlayan kollec işğaldan sonra əvvəlcə Ağcabədidə, sonra Bakıdakı Neft Texnikumu binasında fəaliyyət göstərmiş, 1996 - cı ildən Bakıdakı 161 saylı orta ümumtəhsil məktəbində məskunlaşmışdır. Orta ixtisas təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilmişdir.
Şükürlər olsun ki, şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımız, Şuşa şəhəri işğaldan qurtuldu, “Xarı bülbül” festivalı da bərpa edildi, şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Şuşa yenidən qurulur. Onun mədəni həyatı da tədricən özünə qayıdır. Şuşalılar, eləcə də kollecin kollektivi doğma şəhərə qayıdacağı günü səbirsizliklə gözləyir.
Ancaq görünür, nə qədər ki, Rasim Mehdiyev vəzifədədir, onun rəhbərlik etdiyi kollecin Şuşanın mədəni həyatının zənginləşməsinə töhfə verəcəyi inandırıcı deyil. “Xarı bülbül” və Rasim Mehdiyev adları tərs mütənasibdir.
Nyus.az informasiya agentliyinin redaksiyasına Şuşa Humanitar Kollecində qanunsuzluqların baş alıb getməsinə dair məlumat daxil olmuşdur.
Məlumatda bildirilir:
“İmtahanlarda tələbələrdən pul tələb edirlər. Kim verməkdən imtina edirsə, hətta imtahanlara cavab versə belə, müəllimlər ona qiymət yazmır, kəsirlər.
İmtahanlardan keçmək üçün lazım olan pulun həcmi də müxtəlifdir. Kim tələb olunan pulu vermək isətəməsə, direktor Rasim Mehdiyev müxtəlif yollarla tələbələri təzyiqlərə məruz qoyur.
Dövlət imtahanı verən tələbələr isə daha ciddi problemlə üzləşiblər, onlara qarşı daha sərt mövqe tutulur və yüksək məbləğdə pul tələb olunur.
Kollec direktoru tələbələrə diplomu "rəsmən satır". Bu yaxınlarda direktor Rasim Mehdiyevin ad gününə 200 manatdan pul yığilib. Rasim Mehdiyev kollec direktoru keçəndən sonra öz yaxınlarını ətrafına yığıb. Onun şəhərin müxtəlif yerlərində obyektləri vardır. O, yüksək vəzifədə işləyən qohumlarının adından istifadə edir”.
İnformator vəd edib ki, yaxın vaxtda oxucularımızı daha geniş məlumatlarla tanış edəcək.
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!(Nyus.Az)