Şəmkir təhsilinin ŞÜBHƏLİ QÜDRƏTİ... -İLGİNC İDDİALAR...
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov Bakı Ağır Cinayət Məhkəməsində dindirilir. Yenixeber.org: Xatırladaq ki, 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılmışdır. Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Onun barəsində 28 aprel 2021-ci il tarixində Səbail Rayon Məhkəməsi 4 ayılıq həbs qətimkan tədbirini seçmişdir. Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşlara zərər vurulması, qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib. Lakin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan icra başçısının köməkçisi Mahir Əliyev və Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev hal-hazırda azadlıqdadırlar. Hətta Qüdrət Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri işləyir. Qeyd edək ki, Qüdrət Əliyev daha əvvəl Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun birinci müavini vəzifəsində çalışıb. 14 aprel 2021-ci il tarixdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, adı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunanlar siyahısında olan şəxsin, yəni Şəmkir Rayon Təhsil Şöbəsinin hal-hazırda rəisi işləyən Qüdrət Əliyevin bu postu tutması yolverilməzdir. Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilən Təhsil Şöbəsinin şefi Qüdrət Əliyevin vətəndaşlara zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verməsinə dair əsaslı dəlilər əldə olunub. Buna baxmayaraq, Qüdrət Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işini davam etdirir. Onun haqqında Təhsil nazir Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev heç bir çəza tədbiri görməyiblər, hətta onun qanunsuz əməllərini görməməkdən irəli gəlirlər. Xatırladaq ki, bundan öncə həbs olunan icra başçıları ilə birlikdə onun müavinləri, təhsil şöbəsinin müdirləri haqqında da cəza tədbirləri görülüb. Ən azından həbs olunan İcra Hakimiyyəti başçısının kadrları tutduğu vəzifədən uzaqlaşdırılıb.(hurriyyet.az) P.S. Mövzuya qayıdacayıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. |