Yenixeber.org: Ağstafa təhsilindəki neqativ hallar haqqında sosial mediada,xususən, saytımızda davamlı olaraq tənqidi materiallar yazılıb. Amma nə faydası? Ağstafa təhsili düzəlmir ki,düzəlmir…
Saytmızın elektron poçt ünvanına Rayon təhsilindəki neqativ məqamlarını özündə əks etdirən çoxlu şikayət məktubları daxil olur.Şikayətçilərin müraciətlərini nəzərə alıb,biz də mətbuat olaraq bütün neqativləri zamanı çatdıqca ictimailəşdirəcəyik.
İndi isə belə şikayətlərdən biri ilə sizi taniş etmək istəyirik.Şikayətçi Hacıyeva Könül Arif qızıdır. Ağstafa rayon 1 saylı tam orta məktəbində laborant vəzifəsində işləyib.Könül xanımın dediyinə görə,Rusiya Federasiyasının Saratov şəhərində qiyabi ali təhsil almaq üçün 2020-ci ildə qəbul imtahaninda iştirak edib.O vaxt direktor işləyən Sehid Elvin İmaməliyevdən (qeyd edək ki,Elvin müəllim 44 günlük Vətən müharibəsində şəhid olub) ərizə ilə icazə alaraq Rusiya Federasiyasına gedib.
Covid-19 pandemiyasiyla əlaqədar həm ölkəmizdə ümumtəhsil orta məktəbləri,həm də dövlət sərhədləri bağlandı,deyə bir müddət vətənə dönə bilmədim. Bu haqda direktoruma məlumat verirdim.Mən orda Universitetə qebul oldum.Həmin ilin 19 oktyabrında RTŞ-nın müdiri Mədəd Zeynalov meni heç bir xəbərdarlıq etmədən işden cixartdirdi…
Könül xanım şikayət məktubunda daha sonra qeyd edir: Mən 9 ildi ki,Ağstafa rayon 1 saylı tam orta məktəbində isləyirdim.İşlədiyim illərdə hec bir problemim olmayib.Nöqsansız işləmişəm.Məktəbin ictimai işlərində həmişə fəal olmuşam.İşdən azad olunmağımdan doğrusu,mılumatsiz idim.Sonra mənə fevralda bir rayon sakini məlumat verdi ki, işden cixardiblar səni. Mən də her yerə şikayət məktubları yazdım. Nəhayət,Əmək Müfəttişliyinin komeyi ilə işimə bərpa oldum.Ancaq mən hər yerə məlumat verdim ki,sərhədlər baglidir.Vətənə gələ bilmirəm.Bunlar martin 31-də Rusiyada imtahanda oldugum gün məni Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etdilər.
Mən,nəhayət,Azərbaycana döndüm.Təbii ki, Agstafa Rayon Təhsil şöbəsinin bu haqsız əmri ilə razılaşmadım.Öz işimə bərpa olunmağım üçün Rayon məhkəməsinə ərizə ilə müraciət etdim.Məhkəmə aradirmasindan sonra mən işimə bərpa olunmağım haqqında qətnamə çıxarıldı.Necə deyərlər,sən saydığını say, gör, Mədəd Zeynalov nə sayır.
Demək,RTŞ müdiri Mədət Zeynalov ve 1 sayli tam orta mekteb direktoru Ramiz Nəsirov meni işə bərpa etmək ücün qarşıma şərtlər qoymağa başladılar…
“Cənab nazir,mən atasiz qızam, həm də evin tək usağiyam.Ödənişli tehsil alan tələbəyəm. Mənə şərt kimi deyirlər: Ərizə yaz ki,mənə məhkəmə qərari ilə ödenilmeli olan əmək haqqimdan imtina edirsən və işə bərpa olduqdan qisa vaxt sonra öz ərizəmlə işdən cixiram. Bu ərzəni notarial qaydada təsdiq etdir və gətir”
Bu şərtlər barəsində mənim əlimdə məktəb direktoru Ramiz Nəsirovun səs yazısı da var.Lazım olsa həmən səs yazısını da paylaşacam.Qoy hər kəs bunların iç üzünü tanısın…
Əlbəttə ki,mən RTŞ-ı müdrilə əlbir olan direktor R.Nəsirovun şərtlərini qəbul edə bilməzdim…
İndi bunlar birləşərək Rayon məhkəməsinin qərarını qeyd-şərtsiz icra etmək əvəzinə,məhkəmə qərarından Gəncə Apelyasiya məhkəməsinə şikayət veribler.Məhkəmə sabah 4.02.2022-ci il tarixində keçiriləcək.Bu iki şəxsin əlindən bezmişəm.İşimə qayıtmağa imkan vermirlər.Mənə mənəvi-psixologi təzyiqlər altında bir həyat yaşadırlar.Əsəblərim tarıma çəkilib.Özümə qəsd etmək qərarına gəlmişəm.Bunların əlindən intihar edəcəm.Bezmişəm daha.Yaşamaq istəmirəm…”
Biz də qarşı tərəf kimi əvvəlcə RTŞ-ı müdiri Mədəd Zeynalovla əlaqə saxladıq.Onun bu məsələyə münasibətin soruşduq.Rayon məhkəməsinin qərarını direktor niyə icra etmir?- sualımıza Mədəd müəllim çaşıb qalaraq “araşdıraram”-deyib sağollaşdı.Günlər keçdi.Daşdan,qayadan səs-soraq çıxdı,amma Mədəd müəllimdən səs çıxmadı…
Ağstafa rayon 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsrovla da əlaqə saxladıq.Məsələyə münasibətin öyrəndik.Ramiz müəllim Könül xanımı şəxsən işdən azad etmədiyini dönə-dönə qeyd etdi.Bu məsələdə onun heç bir günahı olmadığını bildirdi.Nə isə uzun-uzadı izahat verəndən sonra Hörmətli Ramiz müəllimi də əlahəzrət fakt qarşısında qoyan sualı ünvanladıq: Ramiz muellim,Ağstafa Rayon məhkəməsinin vətəndaş Könül Hacıyevanın işə bərpa olunması barəsində çıxartdığı qətnaməni niyə icra etmirsiz?
Ramiz müəllimin cavabı tərtəmiz oldu:
“Biz də konstitusyanın bizə verdiyi hüququmuzdan istifadə edərək Apelyasiya məhkəməsinə rayon məhkəməsinin qərarından şikayət etmişik”.
Biz dedik ki,yaxşı edib şikayət edirsiz.Bəs birdən Apelyasiya Məhkəməsini də uduzsanız, yəni, rayon məhkəməsinin qərarın qüvvədə saxlasa,onda nə olacaq cavabınız?
Oxucuların nəzərinə çatdırırıq ki,Ramiz müəllimin cavabı bizi şoka saldı,yəni,bu da tərtəmiz oldu:
“Əgər Apelyasiya məhkəməsi yenə də Könül Hacıyevanın xeyirinə qərar çıxartsa,yuxarı instansiya məhkəməsinə-Ali Məhkəməyə müraciət edəcəyik…
P.S. Yuxarıdakı dialoqdan da tam aydın olur ki,bu iki nəfər məmur öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Könül Hacıyeva qarşı namərdcəsinə əlbir olublar.Ona qarşı şəxsi müstəvidə qərəzlilik nümayiş etdirirlər.Rayon Məhkəməsinin ədalətli qərarını icra etməkdən açıq-aşkar boyun qaçırdırlar.Könül xanımı öz işinə qayıtmasına rəsmən mane olurlar.Bu da öz növbəsinə birbaşa qanun pozuntusudur. Beləliklə, RTŞ-ı “şefi” Mədəd Zeynalov qanunları ayaq altına atmaqdan belə çəkinmir.Boş yerə heç kəs Mədəd müəllimdən “mədəd gözləməsinlər”! Hələ bu tip çox məktəb direktorlarının və müəllimlərin “torbası”nı tikəcək…
Aldığımız məlumata görə təhsildə qanunları pozmaqla məşğul olan Mədəd Zeynalova bu “volyanı” Ağstafa rayon İcra başçısı Seymur Orucov verib.Yoxsa, M.Zeynalov və onun əlaltısı R.Nəsirovun nə həddi var ki,Məhkəmə qərarını icra etməsinlər? Nəhayət, mən əminəm ki,haqq-ədalət bərpa olunacaq və Gəncə Apelyasiya Məhkəməsi də Könül Hacıyevanın xeyirinə qərar çıxartdıb sonuncu öz işinə bərpa olunacaq…
Məqalədə adı çəkilən şəxslərin mövqeyni bir daha dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.Bizi izləyin.(turantv.az)