Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yardımlı RTŞ müdürinin diplomsuz vəzifə tutan “kadr”ı KİMDİR? –NAZİRİN NƏZƏRİNƏ

 Yardımlı təhsilində növbəti korrupsiya və bürokratiyanın höküm sürməsi ilə  bağlı ilginc məlumatlar iddia olunub.

Yenixeber.org: Manaf (Balaşov) Səmədzadənin çeşidli “kadr”ları açıq şəkildə rayon təhsilinin anasını ağlar qoyub.

Daxil olan məlumatda bildirilir ki, Yardımlı rayon Zəngələ kənd iptidai məktəbdə müəllim, həm də müdür işləyən Ağayev Əlcan Şabi oglu  ali təhsil almadan 11 ildir ki, rəhbər vəzifə tutur. Deyilir ki,  Ə.Ağayev  illər öncə Azərbaycan Dövlət Pedaqoji unveristetin 4 cü kursundan  rəsmən qovulub. Və, bu vəziyyət rəsmi səndlərdə də təstiqini tapıb. Amma, buna baxmayaraq “qəhraman” ımız sovet dönəmində qiyabi oxuduğu univerisitetən aldığı 4 cü kurs qiyabi arayışı ilə  bu günə qədər Manaf (Balaşov) Səmədzadənin “sehirli əlləri”  sayəsində  vəzifə tutaraq, bilərəkdən dövlət büdcəsinə  100 min manatlarla ziyan vurmaqdadır.

Arayış üçün qeyd edək ki, sovetlər dönəmində qiyabi təhsil alan hər kəs,  ixtisasi üzrə işləmək icazəsi olurdu, amma sonradan Azərbaycan Respublikasının Qanunlarına dəyişiklərər edildiyindən diplomu müdafiə etməyən  şəxslər ali təhsilli sayilmayıb. Və , belə şəxslər ixtisası üzrə nə müəllim isləyə bilər nədə ki, rəhbər vəzifələr tuta bilər. Xülasə, diplom almayan şəxs ali təhsilli sayılmır. Həm də  ölkə qanunlarını rəhbər tutaraq deyə bilərik ki, ali təhsil alan hər kəs, univerisiteti bitirib, diplom aldıqdan sonra işləmək və vəzifə tutmaq üçün Təhsil nazirliyində imtahan verilməlidir. Lakin, bizim Ağayev bunların hamısından rəsmən məhrum edilib. Manaf Səmədzadəni həm Təhsil naziri, həm də ki, “elimlər doktoru” bilən Ağayev görünür həm müəllim həmdə ki, müdir işləmək üçün bunları lüzüm bilməyib. Bu səbəbdən də həm pandamiya dövründə həmdə ki, illərlə Ə.Ağayevin rəhbəri olduğu məktəbin qapısı qlıfıllı qalıb. Dərd orasıdır ki, on illərdir, bağlı qalan məktəbə dövlət maaş ödəyir, invertarlar verir, yanacaq pulu ayırır və bir neçə dəfə adı var özü yox məktəbin binasında təmir aparıb.Və, Yardımlı rayonunda  tam orta məktəb olaraq da onlarla adı var özü yox belə təhsil ocaqları çox saydadır.

Hörmətli cənablar  indi sizlər deyin M.Səmədzadə və Ə.Ağayev dövlət büdcəsinə tək bir məktəbdən nəqədər ziyan vurub!?  Görəsən bütün bunlardan Təhsil nazirinin, Baş Prokurorun, DTX-nin xəbəri varmı?

Bildirək ki, iddiadan doğan faktları araşdırmaq ücün RTŞ-nın müdiri Manaf Səmədzadə ilə əməkdaşımız əlaqə saxlayıb. Təhsil  müdüri iddiları yalanlayıb, inkar etsədə sonradan Ə.Ağayevin diplomunun olmadığını və  1996 cı ildən arayışla işə götürüldüyünü deyib.

Deyilənlərə görə, həmişə savadlı kadrlarla işləməyi özünə təhqir hesab edən Manaf Səmədzadə daha sonra bildirib ki, Ə.Ağayevin diplomunun  olmaması nəisə dəyişmir. Onun vaxtilə aldığı arayışla işləməsi qanunidir və mümkündür.  “Çünki, Ə.Ağayev ali orta təhsilli sayılır…”  Hörmətli oxucular M.Səmədzadənin gülünc və gülməli cavabı sizcə özünün saxta elmi ad almasına bənzəmirmi…!?

Yardımlı  təhsili ilə bağlı araşdırmalarımız davam edir.

TURKAZİNFO.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam