Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

İslahat güc strukturlarında: Həbslər davam edəcəkmi? 

İslahat güc strukturlarında: Həbslər davam edəcəkmi? 

Zakir Qaralovun Baş prokuror vəzifəsindən çıxarılması islahatların dalğasının güc strukturlarına çatması kimi dəyərləndirilirdi. Ehtimal olunurdu ki, 20 il Baş prokuror kimi fəaliyyət göstərən və könüllü olaraq bu vəzifədən getmək niyyətində görünməyən Zakir Qaralovu əvəzləməklə artıq güc strukturlarına da “əl gəzdirmək” planını işə salınıb. Bu ehtimal özünü doğrultmaqdadır. 

Yenixeber.org: Yeni Baş prokuror Kamran Əliyev artıq prokuroluq orqanlarında kadr dəyişikliklərinə başlayıb. Son iki gündə 6 prokuror, 1 idarə rəisi işdən çıxarılıb. İşdən çıxarılanlar arasında Ağstafa rayonunun prokurorunun olması isə icra başçıları həbs olunan digər rayonlarda oxşar addımların atılacağını düşünməyə əsas verir. 

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov icra başçılarının həbsindən danışarkən hüquq-mühafizə orqanlarının da baş verənlərdə məsuliyyət daşıdığını bildirib. “Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, - deyə YAP-çı deputat vurğulayıb.

Siyavuş Novruzovun bu fikirləri güc strukturlarında köklü islahatların olacağı barədə ehtimalları bir qədər də gücləndirib. Digər tərəfdən, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Dövlət Sərhəd Xidmətində (DSX) əməliyyat keçirməsi, general rütbəli rəis müavinin saxlanılması güc strukturlarında islahatların həbslə müşayiət olunacağı göstərir. Yəni, general-leytenant Əfqan Nağıyevin həbsi son olmaya bilər. 

Nəzərə alsaq ki, vaxtaşırı güc strukturlarında korrupsiya faktlarının olması barədə yazılır və bu sahədə kifayəq qədər narazılıqlar var, o zaman güc strukturlarına çatan islahat dalğası təkcə kadrları əvəzləməklə deyil, həm də cəza tədbirləri ilə yadda qala bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam