Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlər həyata keçirilir

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, bu istiqamətdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər apararaq, onların sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. 

Həmçinin polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq qeyd ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Eləcə də marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib və oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər görülür.

Bundan əlavə polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayırlar.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam