Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

XAÇMAZDA - KARANTİNDƏ OLANLARA MƏNƏVİ DƏSTƏK GÖSTƏRİLİB

 

Bir müddətdir ki, COVID-19 pandemiyası dünyanı narahat edən problemə çevrilib. Virusun yayılması iqtisadi itkilərlə müşahidə olunur.

Yenixeber.org: Son bir ay ərazində isə Azərbaycanda da bu virusun daşıyıcıları aşkar edilmiş və tez bir zamanda əhalinin sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

İnkişaf etmiş dünya ölkələri ilə müqayisədə az sayda yoluxma qeydə alınan dövlətimizdə pandemiyanın qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən bütün bölgələrdə xüsusi karantin rejimi tətbiq olunaraq, virusun genişmiqyaslı yayılmasının qarşısı alınması istiqamətində sosial izolyasiya tədbirləri həyata keçirilir. Bundan əlavə ölkəmizin bir çox bölgələrində karantin məntəqələri yaradılıb və əcnəbi dövlətlərdən qayıdan həmvətənlərimizin sağlamlıqlarının müayinəsinin aparılması üçün onlar müvəqqəti olaraq bu yerlərdə yerləşdiriliblər.

Bu cür karantin məntəqələrinin biri də Xaçmaz rayonu ərazisində yerləşir. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları müvəqqəti karantin məntəqələrində olanlara mənəvi dəstək göstəriblər. RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və bir neçə polis əməkdaşları məntəqəyə baş çəkərək, vətəndaşların yaşayış şəraitləri ilə maraqlanıblar. Hər bir şəxslə səmimi söhbət edən polis rəisi, onlara ölkə rəhbərliyi tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışaraq, tətbiq olunan karantin rejiminin xalqımızın sağlamlığının təmin olunmasına xidmət etdiyini bildirib. Sakinləri maraqlandıran sualları cavablandıran H.Həsənov daha sonra məntəqənin yeməkxanasına baxaraq, burdakı şəraitlə tanış olub.

Polis əməkdaşları ilə söhbət zamanı müvəqqəti karantin məntəqələrinin sakinləri onlara bu çətin günlərdə baş çəkərək, mənəvi dəstək olan Azərbaycan polisinə öz təşəkkürlərini bildiriblər.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam