Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Milli Məclisin spikeri islahatlara kimdən başlamalıdır? - Firudin Hacıyev İşlər İdarəsini qohumbazlıq prinsipi ilə idarə edir-İLGİNC

 

 Milli Məclisin yeni seçilmiş sədri Sahibə Qafarovanın parlamentin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam imzalaması cəmiyyətdə böyük rezonans və rəğbətlə qarşılandı.
Yenixeber.org: Məlum sərəncamda qeyd olunduğu kimi, bu qərar Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün qurumun Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması məqsədi ilə qəbul olunub

Çox qısa müddətli spiker fəaliyyəti ilə ictimaiyyətin geniş rəğbətini qazanmış Sahibə Qafarovanın bu sərəncamı Milli Məclisin Aparatında və İşlər İdarəsində çalışan şəxslərin faəliyyəti və kimlikləri mövzusunu medianın gündəminə gətirdi.

Ayrı-ayrı mətbu orqanların apardığı araşdırmalar nəticəsində ortaya olduqca dəhşətli mənzərə çıxdı. Bəlli oldu ki, indiyədək Milli Məclisin Aparatında və İşlər İdarəsində kadr siyasəti daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilib. Çünki, hazırda Milli Məclisin Aparatında və İşlər İdarəsindəki bir çox mühüm postları ayrı-ayrı icra başçılarının, deputatların, oliqarxların övladları “zəbt edib”.

Son olaraq, Milli Məclis Aparatının əməkdaşı, “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğlu Rəmzi Şükürovun karantin postundakı polislərin qanuni əmrlərinə tabe olmamaqla yol qurğularını qıraraq ərazidən qaçması faktı Milli Məclisin Aparatında və İşlər İdarəsindəki kadr siyasətinin meyarlarını çılpaqlığı ilə ortaya qoyur.

Bu xüsusda redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Məlumatlara əsasən, ali qanunverici orqanı qohumçuluq prinsipi ilə idarə edənlərin siyahısında ilk pillərdə 30 ilə yaxındır Milli Məclisin İşlər idarəsinin müdiri vəzifəsində çalışan 73 yaşlı Firudin Hacıyev gəlir.

Daxil olan məlumatlara görə, hazırda F.Hacıyevin baldızı oğlu İmran Bədirov Milli Məclis aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini, digər baldızı oğlu Sərxan Bədirov maliyyə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

Bundan başqa İşlər müdirinin qardaşı qızı Seva Hacıyeva TÜRKPA-nın mühasibi və işlər idarəsinin məsləhətçisi postlarını tutur.

İddialara görə, ümumiyyətlə Milli Məclisin İşlər İdarəsində çalışan əməkdaşların və sürücülərin əksəriyyəti Firudin Hacıyevin qohumlarıdır.

Görünür, Firudin Hacıyevin 30 illik müdirliyi onu o qədər arxayın salıb ki, Milli Məclisdə ailə-klan hakimiyyəti qurmaqdan belə çəkinməyib…(editor.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam