Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Salyanlılar icra başçısına səsləndi-“Qanun şahdır, Şah qanun deyil”

 

“Qanun şahdır, Şah qanun deyil”- Salyanlılar icra başçısına səsləndi

Ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan vətəndaşına hər yerdə hörmət olunmalıdır” kəlamı sözün həqiqi mənasında ölkədə böyük coşqu ilə qarşılandı.

Yenixeber.org: Əlbəttə ki, məlum həbslər və digər olaylar bir çox hegamon məmurlar üçün həyan siqnalı idi. Bir mənalı olaraq qeyd etməliyik ki, bəzi icra başçılarına göstərilən etimad heç də özünü doğrultmadı. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala rayonunda keçirtdiyi uğurlu əməliyyat və bu əməliyatda rüşvət faktoru ilə həbs olunan məmurlar haqqında dəfələrlə saytlarda silsilə yazılar dərc edilmişdir. Lakin həmən icra başçıları bütün vasitə ilə mətbuatı ləkələməyə çalışır, özlərinin isə qanunsuz əməllərini sərbəst həyata keçirirdilər.

Bu günlərdə redaksiyamıza Salyan rayon sakinlərinin müraciəti bir növ ölkə başçısının diqqətini rayona yönəltmək və məmur özbaşınalıqlarına etiraz əlaməti kimi ünvanlanıb. Mənbəmiz iddia edir ki, rayonda aparılan sorğuya əsasən Salyan RİH başçısı Sevindik Hətəmov icra başçısı deyil, biznesimendir. Biznesini genişləndirmək, onu qorumaq indiki halda S. Hətəmovun ən öndə olan problemidir. Rayonun sakinlərinin iddiaları əlbətdə ki, tam doğru və qərəzsizdir. İcra başçısının daş karxanaları və digər gəlirli obiyektlərinin siyahısı növbəti yazılarımızda oxucularımıza təqdim edəcəyik. Ümumiyyətlə sahibkarlıqla məşğul olan icra başçıları heç bir halda prezidentin etimadını doğrultmaq qabiliyyətində deyil. Bunu birmənalı qəbul etmək lazimdir. Onu da nəzərinizə çatdıraq ki, Salyan rayonunda idarə, müəssisə və təşkilatlarda aparılacaq yoxlamalar qeyd edilən iddiaları təsdiqləyəcək.

Araşdırmalarımız davam edir.(7news.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam