Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ELDAR ƏZİZOVUN "EDAM HÖKMÜNÜ" HAZIRLAYAN KOMANDASI-ŞƏRH

 

 

               İslahatlardan yan keçən BŞİH - “Eldar Əzizov dönəmi” gözləntiləri doğrultmur!

Yenixeber.org: Bakının “əfsanəvi” icra başçısı Hacıbala Abutalıbovdan sonra bu vəzifəyə təyinat alan Eldar Əzizovun sələfindən qalma problemləri həll edəcəyi gözlənilirdi. Düzdür həmşə olduğu kimi işə başlayan kimi bir neçə səs-küylü tədbirlər həyata keçirən təzə şəhər meri az sonra heç də islahatçı olmadığını, daha çox mühafizəkar xəttə sadiq olduğunu büruzə verdi. Ötən müddət ərzində paytaxtda ciddi hansısa dəyişikliyin olduğunu iddia etmək sadəcə olaraq gülüncdür. Çünki, nəinki hansısa müsbət dəyişiklik baş verib, əksinə bir çox problemlər daha da kəskinləşib. Gəlinən qənaət budur ki, Bakıda “Eldar Əzizov dönəmi” gözləntiləri doğrultmur!

Sön dönəmlər ölkədə davam etdirilən islahatlar xətti illərlə vəzifə kreslolarında az qala “əvəzedilməz” statusu alan bir çox iri ranqlı məmurun kürsüdən ayrılmasına səbəb oldu. Vəzifələrə gənclərin irəli çəkilməsi, onlara geniş meydan açılması cəmiyyətdə müsbət qarşılanıb. Hətta vəzifəyə təyin olunanlar arasında Eldar Əzizovun kürəkəni Anar Tağıyevin də adını çəkmək olar. Yevlax rayonuna rəhbər təyin olunan A.Tağıyevin qısa müddətdə imza atdığı uğurlar təqdirəlayiqdir. Amma, E.Əzizovun daha təcrübəli olmasına rəğmən ona göstərilən böyük etimadı tam mənada doğrultmadığı göz önündədir. Qeyd etmək lazımdır ki, Bakı merinin belə uğursuz reputasiyasına onun ətrafında qərarlaşan komandasının da “rolu” az deyil. Xatırladaq ki, 2018-ci ilin sentyabrında E.Əzizov meriyada 4 mühüm postda dəyişiklik etdi. Nəticədə İH-nin aparat rəhbəri vəzifəsinə Elgün Həbibullayev və Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri postuna isə Coşqun Cəbrayılov təyin olundular. Bu siyahıda İH-nin sözçüsü İsrafil Kərimovun da adını xüsusilə qeyd etmək lazımdır. Bu şəxslərin Eldar Əzizovun tənqidlərə tuş gəlməsində, uğursuz fəaliyyətində müstəsna xidmətləri var.
Daha çox E.Əzizovun “sağ əli” kimi tanınan C.Cəbrayılov və E.Həbibullayev meriyada baş tutan bütün qaranlıq əməliyyatların “memarları” hesab olunurlar. Bu əməllərdən E.Əzizovun nə qədər xəbərdar olduğunu deyə bilməsək də,hər halda bu şəxslərin şəhər İH-də kütləvi narazılıq formalaşdırdığı, dövlət siyasətinə zərbə vurduğu şübhəsizdir. Paytaxtda baş tutan istənilən qanunsuzluğun altından bu “ikilinin izləri” aşkara çıxır. Meriyada vətəndaşların başı üzərində “Demokl qılıncı” funksiyasını yerinə yetirən bu şəxslər əsl yağmalama siyasəti həyata keçirirlər. Onların qanunsuz əməlləri artıq sərhədd tanımır. Onların vəzifəyə təyinatı ilə E.Əzizov özü öz uğursuzluğuna imza atıb desək yanılmarıq. Eyni zamanda ölkə əhəmiyyətli böyük tenderlər üzərindən aparılan qanunsuz əməliyyatlar bu şəxslərin adı ilə bağlıdır. Bu barədə hazırda jurnalist araşdırmalarımız davam edir.
Yuxarıda adını qeyd etdiyimiz İH-nin sözçüsü İsrafil Kərimov isə bu şəxslərin qanunsuz əməllərini “malalamaqla” məşğuldur. Vəzifəsi İH-nin fəaliyyəti barədə cəmiyyəti məlumatlandırmaq olan İ. Kərimov əslində meriyada baş tutan qanunsuzluqları gizlətməklə məşğuldur. Onun “gərgin əməyi” nəticəsində həm cəmiyyət,həm də E.Əzizovun özü əsl həqiqətlərdən məlumatsız qalır. E. Həbibullayev və C.Cəbrayılovun qanunsuz əməlləri ilə bağlı hər gün meriyaya onlarla müraciət edilir. İH-nin sözçüsü isə bu müraciətlərin E.Əzizova çatmasını əngəlləyir,ən müxtəlif yollarla onları itirir. Bir çox hallarda tənqidi fikir yürüdən media orqanları ilə anlaşma saxlanılır, tənqidçilər susdurulur. Nəticədə isə E.Əzizov komandasının “qüsursuz fəaliyyətindən” iftixar hissi keçirir. Əslində isə əlbir olan bu 3 şəxs öz qeyri-qanuni əməlləri ilə E.Əzizovun “edam hökmü”nü hazırlayırlar.
Üzümüzü dövlət başçısına, birinci vitse-prezidentə tutaraq ölkədə aparılan bu böyük islahatların Bakı şəhər icra hakimiyyətindən yan keçməməsinə və eyni zamanda İH-də davam edən bu qanunsuzluqlara son qoyulmasına yardım etmələrini xahiş edirik. E.Əzizov sizin yüksək etimadınızı doğrulda bilmir. Ətrafına topladığı karyerist,şəxsi maraqlarını güdən şəxslər bilavasitə sizin siyasi kursunuza zərbə vururlar. E.Əzizov isə bunları ya görmür,ya da görməzdən gəlir. Bu isə fərq etməz-hər iki halda dövləti cinayətdir. Bu cinayətkar əməllərə son qoyun!(rublika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam