Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Yeni avtobuslar xəttə buraxılacaq,500 min əhalinin hərəkəti rahatlaşacaq"

 

"Bu il ümumilikdə əlçatanlıq və təhlükəsizlik cəhətdən küçələrdə 1298 yol nişanı quraşdırılıb, 145 ədəd yol nişanlarının təmir-bərpa işləri aparılıb".

Yenixəbər.org:  Bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V. Kərimli bildirib ki, 136 küçə kəsişməsində panduslar, 139 küçədə təhlükəsizlik tumbası təşkil olunub:

"85 küçədə məhəccər, 261 küçədə 1114 ədəd piyada keçidi xətləri bərpa olunub. Həmçinin bununla bərabər biz, piyada keçidlərinin işıqlandırılması layihəsinə başladıq ki, indi ilkin olaraq bu işıqlandırma layihəsi mövcud infrastruktur şətaiti istifadə olunaraq işıqlandırılacaq. Gələcəkdə isə alternativ enerji mənbələrini qoşaraq daha az xərclərin yaranmasını təmin edəcəyik. Hər avtobus ortalama olaraq gün ərzində təxmini 800 min nəfər sərnişinin daşıyırsa, BNA-nın məlumatına əsasən biz 1 il ərzində 801 mln. sərnişinin səfərini təşkil etmişik. Ötən il ərzində 200-ə yaxın yeni avtobus gətirilib. Bu da bir avtobusun təxminən 1000 nəfər sərnişini daşımasını nəzərə alaraq, 200 min sərnişinin təhlükəsiz hərəkəti və rahat mənzil başına çatması deməkdir. Bu il xəttə buraxacağımız avtobuslara mütənasib olaraq hesablasaq, biz yarım milyon - 500 000 minə yaxin əhalinin daha rahat və təhlükəsiz hərəkətini təşkil edəcəyik".

V. Kərimli əlavə edib ki, bir avtobusun xəttə buraxılması uzun prosesdir: "Hər bir sürücü təlim almalıdır, hər bir avtobusun dönmə dərəcəsi var, həmin küçələrin dönmə dərəcəsinə uyğunluğu hesablanmalıdır. Buna görə də yeni avtobuslar mərhələli olaarq xəttə buraxılır. Hazırda Bakı şəhərində 2200 avtobus var. Onun 600-ü dövlətə məxsusdur, 300-ü də yeni gətirildi. Son mərhələdə 18 metrlik avtoibuslar şəhərimizdədir. Həmçinin cənab prezidentin göstərişi ilə təxmini olaraq 415 avtobbusun yenidən alınması nəzərdə tutulur. Bu da Bakı şəhərindəki avtobus parkının təxminən 60-70-%-nin yenilənməsinə gətirib çıxarır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam