Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistan Fransanın əxlaqsız, yolunu azmış kiçik bacısıdır”

 

Parlamentdə yaz sessiyasının iş planı ilə bağlı müzakirələrdə çıxış edən deputat Musa Quliyev tütün məhsullarının məhdudlaşdırılması istiqamətində görülən işlərin öz bəhrəsini verdiyini söylədi. 
"Xeberinfo.com":  Məlumata görə, o, qeyd edib ki, məhdudlaşdırma tədbirlərinə baxmayaraq təkcə tütün məhsullarının istehlakı 2014-cü ildə əvvəlki illə müqayisədə 13 faiz artıb: “Ən pisi də budur ki, bu artım uşaq və qadınların hesabınadır”. Deputat sulu qəlyanların da məhdudlaşdırılmasına zərurət olduğunu qeyd etdi: “Sulu qəlyanın narkotik təsirinin olması da dünyada qəbul olunub. Ona görə də tütün məhsullarının istehlakı ilə bağlı qanun qəbul edəcəyiksə, təklif edirəm ki, sulu qəlyanları da bura əlavə edək”.  
Elman Məmmədov Qarabağ və Xocalı məsələsinin Milli Məclisdə hansısa ad altında müzakirə olunmasını təklif etdi: “ATƏT-in Minsk Qrupu çoxdan yarıtmaz quruma çevrilib. Bu üç həmsədr dövlətin ermənilərə xüsusi münaisbəti olub. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində, torpaqlarımızda erməni dövlətinin yaradılmasın
Fransanın keçmiş prezidenti Sarkozi o vaxt demişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır. Amma gərək deyəydi ki, Ermənistan Fransanın əxlaqsız, yolunu azmış kiçik bacısıdır”. Deputat Sərkisyanın hərbi cani kimi məhkəməyə verilməsini də zəruri saydı: “1000-dən çox Xocalı sakini dindirilib. Onlar şahidlik ediblər ki, Sərkisyan onlara necə işgəncələr verib. Sərkisyanın özünün Avropa Şurasındakı səhra komandiri olması barədə etirafı və Xocalının işğalı haqda verdiyi müsahibə onun cinayətkar kimi mühakiməsi üçün kifayətdir”. E.Məmmədov Xocalıya “Şəhid şəhər”, əhalisinə isə “Soyqırıma məruz qalan əhali” statusu verməyi təklif etdi.  
Vitse-spiker Bahar Muradova səslənən fikirlərə münasibətini bildirdi. O, “Seçki Məcəlləsinə hansısa prinsipial, onun fəlsəfəsini və hədəflərini dəyişəcək hansısa dəyişikliklərə ehtiyac yoxdur. Girov qoymaqla namizədliyin qeydiyyatına da ehtiyac görmürəm. Seçki komissiyaları ilə bağlı format uğurlu formatdır”-dedi.  B.Muradova penitensiar sistemdə baş verənlərlə bağlı danışarkən Z.Orucun dedikləri ilə razılaşdı. Ancaq qeyd etdi ki, sadalanan faktlarla bağlı araşdırılma aparılmalı, günahkarlar cəzalandırılmalıdır. B.Muradova Sərkisyan prezident olduğu üçün onun immunitetinin olduğunu qeyd etdi. Ancaq bildirdi ki, gün gələcək Sərkisyan və digərləri cəzalarını alacaq. Vitse-spiker Minsk Qrupu formatının imkanlarından istifadə etməyi məqsədəuyğun saydı.    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam