Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

ELMAR VƏLİYEV DANIŞDI - "...Yunus kimdir?.. Nə olub ki?"

 

2018-ci ildə sui-qəsdə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır. Prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

Yenixeber.org: Bu olayla bağlı hələ bir neçə ay əvvəl gununsesi.org istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib.

Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb.

 Məhkəmə öncəsi əməkdaşımız Elmar Vəliyevlə danışa bilib.Sabiq icra başçısı ilə telefon söhbətini olduğu kimi təqdim edirik:

- Salam Elmar müəlim.

- Kimdir?

- "Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?

- Yaxşıyam. Nə olub ki?

- Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…

- Yunus kimdir?

- Sizə sui-qəsd cinayətini törədən şəxs…

- Hə, nə istəyirsən?

- Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?

- Nə məhkəmə e, sən kimsən?

- Dedim axı, jurnalistəm...

Sonuncu replikadan əsəbiləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra danışıq kəsilib.(gününsesi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam