Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İşıq problemi, yoxsa diqqətsizlik - Bakıda piyadalar niyə ölür?

İşıq problemi, yoxsa diqqətsizlik - Bakıda piyadalar niyə ölür?

Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub. Bu barədə məlumatı bu gün jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev açıqlayıb.

Yenixeber.org: Yol qəzalarında ölənlərin sayının ümumilikdə, 738 nəfər olduğunu nəzərə aldıqda, piyada ölümlərinin nə qədər yüksək olduğu daha aydın görünür. Ümumiyyətlə, statistikalara görə Bakı şəhəri piyadalar üçün təhlükəli şəhər sayılır. 

Bəs ölümlərin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? 

Bu barədə “Yeni Sabah”a öz münasibətini bildirən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, nəqliyyat yolları işıqlandırma ilə düzgün təchiz olunsa, piyada qəzaları da azalacaq:

“Son illər bu piyada vurmaları xeyli artıb və bu bizi narahat edir. Çünki ümumi yol nəqliyyat hadisələri statistikasında piyada vurmalar böyük yer tutur. Bakı şəhəri üzrə qəzaların 60-65%-i, respublika üzrə 50%-dən çoxu piyada vurma hallarıdır.  Təxminən, 4 ildir ki, rəqəmlər bu formadadır. Narahatlıq doğuran əsas səbəblərdən biri də vurulan piyadaların əksəriyyətinində günah özlərində olmasıdır. Bunu danmaq olmaz. Piyadalar üçün normal şəraitin yaradılmaması da bu hadisələrə səbəb olan amillərdən biridir. Məsələn, piyada keçidlərinin yetərincə olmaması, işıqlandırmanın zəif olması, yerüstü keçidlərin rənglərinin tez-tez silinməsi, zebraların işığı düzgün əks etdirməməsi və s. 

Cənab Prezident təxminən 3 ay öncə keçirilmiş konfransda aidiyyatı qurumların başçılarına xəbər verdi ki, yollarda işıqlandırma bərpa edilməlidir. Hətta məhəllədaxili yolların da işıqlandırılması vacibdir. 

Bu yaxınlarda DYP-nin yol patrul xidmət alayının təşəbbüsü ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul-Kürdəmir yolunda təhlükəli yollarda işıqlandırmanı bərpa etdi. Bakı da “Azəravtoyol”un verdiyi açıqlamada məlum oldu ki, daha bir neçə avtomobil yolu ışıqlandırma ilə təmin edilib. Bu vəziyyətə bir neçə avtomobil yolunun işıqlandırıması çarə deyil. Ümumilikdə yolların hamısı işıqlandırılmalıdır. Mən fikir verirəm ki, hava saat 8-də işıqlanır. Amma yollarda təxminən saat 8-in yarısı işıqlar söndürülür. Bu vaxt hava qaranlıq olsa da, lakin keçidlərdə intensiv hərəkət olur. Bu yol nəqliyyat hadisəsinə gətirib çıxara bilir. Bu zaman yollarda təmizlik işlərinə baxan insanlar da çöldə olur.  

Yollar normal işıqlandırma ilə təmin olunsa, yol nəqliyyat hadisələri də az olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam