Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZAL-ın inhisarı:Baha bilet, sərnişinsiz təyyarələr vənarazılıq

 

 

 

Əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də ölkəmizdə təyyarə biletlərinin qiymətinin baha olmasıdır.

Yenixeber.org: Hava nəqliyyatından istifadə edən vətəndaşlar bildirirlər ki, qonşu ölkələrlə müqayisədə, bilet qiyməti Azərbaycanda iki dəfə bahadır. Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyəti (AZAL) isə bu narazılıqlarla bağlı kankret açıqlama vermir.

Xarici hava nəqliyyatı şirkətlərinin fəaliyyətinə süni əngəllər yaradıldığı iddiaları da zaman-zaman səsləndirilir. Qeyd olunur ki, AZAL xarici ölkələrin ucuz daşımaçılıq fəaliyyəti göstərən şirkətlərini ölkəyə buraxmayaraq inhisarçılıq fəaliyyəti ilə məşğuldur. Məlumatlara görə Türk Hava Yollarının müxtəlif endirim kampaniyalarına da, AZAL imkan vermir.

Azərbaycanda ekonom uçuşu "Buta Airways" həyata keçirir ki, bundan da narazılıq böyükdür. Şirkətin sərnişindaşımanı keyfiyyətsiz həyata keçirməklə yanaşı heç də qiymətlərinin ucuz olmadığı söylənilir.

İqtisadçı ekspert Qadir İbrahimli bu yaxınlarda Türkiyədən AZAL-ın təyyarəsində Bakıya gəldiyini, salonda 5-10 sərnişin olduğunu qeyd edib. O, bildirib ki, qiymətlər baha olduğundan, sərnişinlər istifadə etmirlər.

Belə təkliflər var ki, təyyarə boş reys etməkdənsə, qiymətlər münasibləşdirilsin, insanlar qonşu Gürcüstan üzərindən xaricə səfər etməsinlər. Qiymət ucuz olanda rentabellik yüksək olur, pul Gürcüstan Hava Yollarına deyil, AZAL-a, dolayısı ilə ölkəmizə qalır.

Şikayətlərlə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənlinin mövqeyini öyrənməyə çalışdıq. Amma davamlı zənglərimizə baxmayaraq, Paşa müəllim dəstəyi qaldırmadı.

Məsələ ilə bağlı fikirlərini Sherg.az-la bölüşən iqtisadçı ekspert Pərviz Heydərov dedi ki, mövcud duruma təsir edən bir neçə amil var:

“Təkcə nəqliyyat sahəsində yox, istənilən sektorda qiyməti müəyyənləşdirəndə tələb-təklif qaydasını nəzərə almaq lazımdır. Bunun üçün isə mütləq rəqabət olmalıdır. Əgər bir sektorda heç olmasa iki-üç alternativ yoxdursa, təbii ki, qiymət yuxarı olacaq. Alternativlərin sayı çoxaldıqca onlar bir-birləri ilə rəqabətə başlayacaq. Nəticədə müxtəlif vasitələrdən istifadə edərək münasib qiymətlə daha çox sərnişini cəlb etməyə maraq göstərəcəklər. Bu gün Azərbaycanda iki aviaşirkət var. Ancaq "Buta"-nın fəaliyyəti aşağı səviyyədədir. Yəni faktiki olaraq meydanda ancaq AZAL-dır. Ona görə də heç olmasa xarici şirkətlərin daxili bazara girməsinə imkan vermək lazımdır ki, rəqabət yaransın”.

Heydərov bildirdi ki, özəl aviaşirkətlərin yaradılması da məqsədəuyğundur:

"Bu, qiymətlərin stabilləşməsi baxımından mühüm əhəmiyyətə malik ola bilər. Bildiyiniz kimi, AZAL hazırda Qapalı Səhmdar Cəmiyyətidir. Ancaq nəinki sərnişindaşıma, eləcə də bütün yükdaşıma şirkətləri Açıq Səhmdar Cəmiyyəti olmalı, özəlləşməlidirlər. Gərək bu şirkətlərdə dövlətin payı minimuma endirilsin. Əlbəttə, bu, çətindir, böyük vəsait tələb edir. Lakin mümkündür. Mümkün olduğu qədər də vacibdir”.

Bu istiqamətdə özəlləşmənin rolundan danışan Pərviz Heydərov qeyd etdi ki, bu, həm də AZAL-ın yüksək imici ilə bağlıdır:

“Müşahidələr göstərir ki, sərnişinlər bu aviaşirkətdən razıdırlar. Çünki AZAl-ın təyyarələrində qəza hallarına da demək olar ki, rast gəlinmir. AZAL-ın elə təyyarələri var ki, onlardan heç biri MDB ölkəsində yoxdur. Sözsüz ki, belə bir kampaniyanının özəlləşdirilməsi şirkətin özü baxımından faydalı olması ilə yanaşı, həm də qiymətlərin sabitləşməsinə, gələcəkdə dövlətə daha çox xeyir verilməsinə müsbət təsir göstərəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam