Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İctimai televiziyanın qorunması ilə əlaqədar tədbirlər gücləndirlməlidir" —Arif Əliyevdən mümkün təxribatlarla bağlı ÇAĞIRIŞ

 

 

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ötən gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binasında baş verən yanğın hadisəsindən danışıb. 


Yenixeber.org: A.Əliyev saytımıza açıqlamasında sözügedən yanğın hadisəsinin təxribat olma ehtimalını istisna etməyib.


O bildirib ki, İTV-də yeni rəhbərlidən sonra bu televiziyanın efir məkanında müsbət dəyişikliklər müşahidə olunur:


"Bu müsbət dəyişikliklər Azərbaycan cəmiyyətində də geniş müzakirələrə səbəb olub və təqdir olunur. Ona görə də cəmiyyətimiz dünən İTV-nin binasında baş vermiş yanğınla bağlı ilkin olaraq təxribat olması iddialarını müzakirə edir. Onlar düşünürlər ki, İTV-nin efirindəki müsbət dəyişikliklərə bəzi qüvvələrin təpkiləri böyükdür. Ancaq şəxsən mənim fikirlərimə gəldikdə, belə bir məsələni iddia etmək üçün gərək əldə konkret əsaslarım olsun. Yəni düşünmürəm ki, İTV-dəki müsbət dəyişikliyi istəməyən qüvvələr bu şəkildə tətbiqə əl atsınlar. Amma istənilən halda bu televiziyanın qorunması ilə əlaqədar tədbirlər gücləndirlməlidir. Bu təkcə yanğınla bağlı deyil. Ümumiyyətlə, teleradio şirkətləri bu cür hallara qarşı hazırlıqlı olmalıdırlar. Lazımı qurumlar isə bu televiziyanın mühafizəsi işinə diqqəti artırmalıdırlar".(demokrat)


Zaur Hacılı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam