Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Camaat Səfər Mehdiyevə sözünü deyə bilmədi" - QALMAQAL BÖYÜYÜR

"Camaat Səfər Mehdiyevə sözünü deyə bilmədi"


Sözügedən görüşdə iştirak etmək üçün qəbula yazılan vətəndaşlardan bəziləri şikayətlərinin dinlənilməməsindən narazılıq ediblər. 

Yenixeber.org:  Həmin vətəndaşlar redaksiyamıza ünvanladıqları şikayətlərində qeyd edirlər ki, sözügedən qəbulda onlarların gömrük problemləri ilə bağlı müraciətlərinin dinlənilməsi nəzərdə tutulsa da, Səfər Mehdiyev onları qəbul etməkdən imtina edib.

"Səfər Mehdiyev avqustun 30-da Masallıda qəbul keçirəndə onlarla vətəndaş ora getmişdi. Gedənlərin əksəriyyəti işlə bağlı müraciət etmişdilər. Qapıda bizdən soruşdular ki, siz nə üçün gəlmisiniz? Biz də işlə bağlı qəbula yazıldığımızı söylədik. Dərhal bizi oradan kənarlaşdırdılar, içəri buraxmadılar. Səfər Mehdiyevin qəbuluna girənlərin hamısı ya sahibkarlar idi, ya da özlərini sahibkar kimi təqdim edib onunla görüşürdülər. Gömrükdəki narazılıqlarla bağlı qəbula yazılanların heç birini Səfər Mehdiyevlə görüşməyə imkan vermədilər. Təqribən 30-a yaxın insan kor-peşiman geri qayıtdı. Səfər Mehdiyevi isə arxa qapıdan çıxardılar. Camaat ona sözünü deyə bilmədi".

Şikayətçilərdən biri Səfər Mehdiyevin qəbuluna işə qəbulla əlaqədar üzləşdiyi problemə görə getdiyini deyir. 

Sözügedən məsələ ilə əlaqədar DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən sorğumuza cavab verilmədiyi üçün qurumun saytında qeyd olunan məlumatı diqqətə çatdırırıq:

"Dövlət Gömrük Komitəsi rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.

Buna baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət edirlər.

Gömrük orqanlarında xidmətə qəbul üçün Komitə rəhbərliyi ilə görüşmək istəyən vətəndaşlara aidiyyəti struktur bölmələrin nümayəndələri tərəfindən müvafiq açıqlamalar verilərək bildirilib ki, xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları İdarəsinə müraciət etmək tövsiyə olunub".

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq keçirir. (Demokrat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam