Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

HÖCCƏT ƏSƏDULLAYEVİN ÜZÜ ÜZLƏR GÖRMÜŞ QADIN KADROSU-ELMİRA HACIYEVA GƏDƏBƏY MƏDƏNİYYƏT MƏRKƏZİNİ DƏ «NAMƏRD QALA»YA ÇEVİRİB

 

Scanitto_8_1
  Yenixeber.org: Sadiq oxucularımız xatırlayarlar, bir qədər əvvəl saytımızda Şəmkir Regional Mədəniyyət İdarəsinin tərkibinə daxil olan Şəmkir, Gədəbəy, Daşkəsən,Göygöl rayonlarının mədəniyyət müəssisələrində baş alıb gedən neqativ hallar barədə yazılar getmişdir. Həmin məqalələrdə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin artıq ştat vahidləri saxlanılması, qulluqçulara artıq əməkhaqqı ödənilməsi, tədris planlarının tələblərinə əməl edilməyərək artıq dərs saatlarının tarifləşdirilməsi, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilməsi, yerinə yetirilməyən cari təmir işlərinə görə satınalma keçirilmədən vəsait xərclənməsi, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabatın tərtib edilməməsi, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməyərək alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilməsi, müqavilə şərtlərində nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışının həyata keçirilməsi, İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılmaması, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməməsi, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondunun uçota alınmaması və s. qanunsuzluqlar barədə, eləcə də bu neqativ halların motivinin korrupsiya olması haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır. Redaksiyamıza daxil olan məlumatlar sırasında rəis Höccət Əsədullayevin təhriki və tələbi ilə neqativ hallara rəvac verən vəzifəli şəxslərdən biri kimi Gədəbəy Rayon Mədəniyyət Mərkəzinin direktoru Elmira Hacıyevanın da adı göstərilmişdi. Həmin məlumatlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün rayonda ezamiyyətdə olan əməkdaşlarımız Elmira Hacıyeva ilə əlaqə saxlamış, o da öz növbəsində suallarımıza aydınlıq gətirmək üçün Regionla İdarənin Gədəbəy rayonu üzrə nümayəndəsinin kabinetində görüşməyi təklif etmişdi. Əməkdaşlarımız təyin olunan vaxtda görüş yerində olmuş və Mərkəzin direktorunu gözləmişlər. Elmira Hacıyeva gəlib çıxanda etinasızcasına mobil telefonu ilə danışa-danışa əməkdaşlarımıza bildirmişdir ki, rəhbərlik, yəni regional idarənin rəisi KİV-ə müsahibə verməyə icazə vermir. Əməkdaşlarımız onu «KİV haqqında» qanuna hörmətlə yanaşmağa dəvət etmək üçün ardınca getdikdə (Nümayəndəlik və Mədəniyyət Mərkəzi eyni ünvanda — Gədəbəy şəhəri, Heydər Əliyev pr. — 2-də yerləşir) yenə də söhbətdən imtina etmiş, bu dəfə daha acıqlı tərzdə: «Mən sizin kimi jurnalistlərdən 100-ünü görmüşəm, gedin, nə istəyirsiz yazın» — demişdir. Ezamiyyətdə olan qrupumuz necə deyərlər, «üzü üzlər görmüş» Elmira Hacıyevadan ayrıldıqdan sonra yenə də araşdırma işini davam etdirmiş, qapısı bağlı qalmış kənd klub və kitabxanalarının işçilərini axtarmış, onların sırasından tapdıqları ilə söhbət etmişlər. Ünsiyyətdə olduqları klub və kitabxana işçiləri bildirmişlər ki, rəhbərlik onlara işləmək üçün lazımi şərait yaratmır, qışda istiliyi təmin etmək üçün oduncaq, texnika üçün yanacaq verilmir, bu azmış kimi maaşları da «50 x 50″ — yə prinsipi ilə yarılanaraq ödənilir.(deryaz.az)
Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam