Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Baş nazirin müavini-Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərini açıqlayıb

"Yoxsulluq və xəstəliklərin yaranması, iqlim problemləri, qeyri-bərabərliyin yüksək səviyyəyə çatması və əhalinin sürətlə artmasına görə BMT 2030-cu ilə qədər yaşadığımız dünyanı ciddi şəkildə dəyişdirmək üçün Dayanıqlı İnkişaf Məqsədlərini qarşıya qoyub".

Yenixeber.org: Bildirir ki, bunu bu gün "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" mövzusunda konfransda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.

Baş nazirin müavini deyib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində öz üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirir: "Azərbaycan əhalisinin 45 faizi 30 yaşına qədər olan gənclərdir. Qarşıya qoyulan hədəflər daha çox gənclərin həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədardır. Gənclərin də üzərinə bu istiqamətdə mühüm vəzifələr düşür. 2030-cu ilə qədər dünya əhalisi 1 milyard nəfərdən çox artacaq. Əhali ən çox Afrika və Asiyada artacaq. Afrikada əhalinin sayı 2030-cu ildə 1,2 milyard nəfərdən 1,6 milyard nəfərə, Asiyada isə 4,5 milyard nəfərdən 5 milyard nəfərə çatacaq. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq sürətlə artmır. Bu da miqrasiya proseslərinə səbəb olur. Bu problemlərin həlli bəşəriyyət, dövlətlər qarşısında duran vəzifədir. 10 il vaxt qalıb, problemlər isə artır ".

Ə. Əhmədov nəzərə çatdırıb ki, Azərbaycanın sürətli inkişafı gənclərimizin bu proseslərdə yaxından iştirakını şərtləndirir: "İnanıram ki, gənclər getdikcə bu prosesdə daha yaxından iştirak edəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam