Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər

 

Azərbaycan Mərkəzi Bankı məhkəməyə verilib. Paytaxt sakinləri Etibar Kazımov, Vera Kazımova və Eteri Əhmədova iddia ərizəsini bu gün 1 saylı İnzibati-İqtisad Məhkəməsinə təqdim ediblər.

Xeberinfo.com:   Bu barədə AzadlıqRadiosuna iddiaçıların hüquqlarını müdafiə edən vəkil İradə Cavadova məlumat verib.

İddiaçılar məhkəmədən Mərkəzi Bankın öz öhdəliyinin icrasına məcbur edilməsini istəyirlər.

Adları çəkilən şəxslər “Bank of Azerbaijan” ASC-nin əmanətçiləridir. İradə Cavadova deyir ki, müştərilərlə bank arasında müqavilənin müddəti aylar öncə başa çatsa da, əmanətlər sahiblərinə qaytarılmayıb. Bank rəhbərliyinə daxil olan şəxslərlə uzun müddət aparılan danışıqlar nəticə verməyib. Ona görə də əmanətçilər “Bank of Baku” ASC-nin lisenziyasının ləğvi və bu bankın müflis elan olunması proseduruna başlanmasına dair məhkəməyə ərizə təqdim olunması üçün Mərkəzi Banka müraciət edib.

“Biz bir neçə dəfə Mərkəzi Banka müraciət etdik. Son müraciətimiz dekabrın 18-də oldu. Əmanətçilərin mənə verdiyi etibarnamənin surətini də müraciətə əlavə etmişdim. Mərkəzi Bankdan əlaqə saxlayaraq, etibarnamənin əslini istədilər. Ertəsi gün sənədin əslini də təqdim elədik. Amma bizə bu günə qədər heç bir cavab vermədilər. Ona görə də məcbur olub, Mərkəzi Bankı məhkəməyə verdik”, – deyə İradə Cavadova bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam