Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oliqarxaların həbs dalğası davam edir

 

Maliyyə fırıldaqçılığında ittiham edilən milyonçuların həbsi cəmiyyətdə şok effekt yaradıb. 

Hələlik bu barədə rəsmi açıqlama verilməsə də həbs edilənlər sırasında “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev, Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmli və digər iş adamlarının adı hallanır.

Onlar Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kreditləri qaytarmamaqda təqsirli bilinir. Məsələnin maraqlı olan digər tərəfi isə bu kreditlərin götürülməsi və geri qaytarılması ilə bağlı hüquqi prosedurun necə olmasıdır. 

Bank 50-100 milyon manat krediti necə və hansı şərtlərlə verir? Sahibkar bu pulu hansı müddətə qaytarmalıdır və geri verə bilmədiyi təqdirdə nə baş verir?

İqtisadçı ekspert Samir Əliyev AzVision.az-ın suallarını cavablandırıb.

Ekspert bildirib ki, bankdan kredit götürən istənilən şəxs, istər oliqarx olsun, istərsə də vətəndaş bank qarşısında öhdəlik götürür. 

-Həmin şəxs bankın qoyduğu faiz əsasında həmin krediti müəyyən müddət əsasında qaytarılmalıdır. Qaytarılmasa, əvvəlcə cərimə hesablanır, bu yolla mümkün olmayanda bank məhkəməyə müraciət edir. 

Məhkəmə öz növbəsində qərar çıxarır ki, vətəndaş kredit borcunu ödəsin. Bu halda da kredit qaytarılmırsa, artıq Cinayət Məcəlləsinin müvafiq maddəsi pozulmuş sayılır. 

Yəni, məhkəmə qərarını icra etməkdən boyun qaçırma kimi qəbul edilir və vətəndaş haqqında cəza tədbirləri görülür. 

Problem ondadır ki, adi vətəndaş bir neçə min manat kredit götürəndə onların başı ağrıdılır, iş yerinə və qohumlara zəng etməklə müxtəlif təzyiqlər edilir və bu pul alınır. Yaxud da kredit toplayan ayrı-ayrı şirkətlər vasitəsilə bu pul geri alınır. Milyonlarla manatlıq kreditlər isə geri qaytarılmayıb və bununla bağlı heç bir tədbir görülməyib.

- Bank külli miqdarda kreditləri necə verir? Maliyyə ehtiyatı haradan təmin olunur?

- Verilən kreditlər bankın öz pulu deyil və ona görə də kreditləri qaytarmaq mütləqdir. Bank o pulu əmanətçi kimi başqa yerdən götürür, yaxud da xarici banklardan aşağı faizlə cəlb edilmiş kreditlərin hesabına əldə edir. Bir sözlə, bank başqalarının pulunu verir. Əgər bank verdiyi pulu geri ala bilmirsə, o da digərləri qarşısında öz öhdəliyini yerinə yetirməmiş olur. Bu pulun alınması da hüquqi müstəvidə aparılmalıdır. 

-Sıravi vətəndaşlardan bir neçə min manatlıq kreditə görə girov tələb olunursa, 50-100 milyon manatlıq kredit üçün bank girov kimi müştəridən nə tələb edir?

- Kreditlər təminatlı və təminatsız olur. Təminatlı kredit odur ki, onun arxasında hər hansısa girov olur. Təminatsız isə vətəndaşlara iş yerindən arayışla verilən kreditlərdir. Təminatlı kredit geri qaytarılmayanda girov qoyulmuş mülk müsadirə edilir və satışa çıxarılır. Söhbət böyük həcmdə: 600-700 milyon manat kreditdən gedir. Bu kredit nəinki vətəndaş, orta sahibkar üçün belə yuxu kimidir. 

Burada problem bankların risk menecmentini düzgün qurmamasından qaynaqlanır. Risk menecmenti o deməkdir ki, sən müştərini, onun ödəmə qabiliyyətini tam qiymətləndirib, ondan sonra kredit verib-verməmək barədə qərar verirsən. Bizdə belə ciddi yoxlanma yalnız sadə vətəndaşa tətbiq edilir, yoxlanılır və yüksək faiz tətbiq edilir. 

Amma sahibkara külli miqdarda və vətəndaşa veriləndən xeyli aşağı faizdə kredit verilirsə və müştəri düzgün qiymətləndirilmirsə, bu, artıq bank olaraq məsuliyyətsiz davranmaqdır. 

Girova gəlincə isə, ola bilər ki, girov qismində zavod və ya digər obyekt qoyulur. Prosedur belədir ki, məhkəmə bu barədə qərar verir və o qərara əsasən obyekt satılır, əldə olunan gəlirdən bankın borcu və məhkəmə xərcləri çıxılır, əgər yerdə pul qalırsa, o məbləğ sahibkara qaytarılır. Çox güman ki, proseslər belə davam edərsə, biz bir müddət sonra bir sıra obyektlərin müsadirə olunub, satışa çıxarılmasının şahidi ola bilərik. Bunlar maşın, zavod və ya hansısa obyekt ola bilər. 

-Qeyd etdiniz ki, müştəriyə külli miqdarda kredit verilməsindəki yanlışlığa görə bank məsuliyyət daşıyır. Onda bu kreditlərin geri qaytarılmaması həm də Cahangir Hacıyevin səhvi sayılır?

- İlk növbədə məsuliyyəti bank daşıyır. Çünki belə halda bank başqalarının pulunu düzgün xərcləməmiş olur. Burada söhbət cinayət məsuliyyətindən getmir. Məsuliyyət dedikdə, riski düzgün qiymətləndirməmək, işi düzgün qurmamaq nəzərdə tutulur. Biz oliqarxalara verilən kreditlərin hansı şərtlərlə verildiyini bilmirik. Əgər təminatsız verilibsə, istər Beynəlxalq Bank olsun, istərsə də digəri, bu, qanun pozuntusu sayılır. Çünki Mərkəzi Bankın birbaşa göstərişi var ki, təminatsız kreditlərin arxasında maliyyə dayanmalıdır. Məsələn, heç vaxt 1milyon manat krediti 1000 manat maaş alan adama verməzlər. Ya girov qoymalısan, ya da 2 milyon manat maaşın olmalıdır. 

- Kreditlərin müddəti necə müəyyən olunur? 

- Sahibkaralara verilən kreditlər bir qayda olaraq uzunmüddətli olur ki, bu, sahibkarların özü üçün də sərfəlidir. Çünki sahibkar pul alır ki, biznesini qurub gəlir əldə etsin və daha sonra krediti qaytarsın. 

Məsələn, üzümçülüklə məşğul olan adama bir neçə il vaxt lazımdır ki, o pulu geri qaytarsın. Bəzi hallarda olur ki, 5 illik verilən krediti sahibkar 3 il ərzində geri qaytarır, amma buna çox az rast gəlinir. Çox güman ki, oliqarxalara kreditlər ən aşağısı 3-5 il müddətinə verilib. 

 

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam