Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin problemli kreditlərlə bağlı fərmanında nələr nəzərdə tutulur? - SADƏ İZAH

 

Prezidentdən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək

 

Yenixebr.org: Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Həmin fərmanla tam şəkildə burada tanış ola bilərsiniz:

https://www.aznews.az/news/capital/213228.html

Bəs, bu fərman problemli kreditlərlə bağlı məsələni hansı şəkildə və necə çözür?

Deputat Aydın Hüseynov AzNews.az-a fərmanı sadə şəkildə belə izah edib:

“Bu fərmanda vətəndaşların qazancı böyükdür. Prezident devalvasiyadan əziyyət çəkən vətəndaşların lehinə üçün misilsiz bir qərar verib. Bunu belə izah edə bilərik ki, 2015-ci ilin fevralına qədər kredit götürən vətəndaşlar hər 100 ABŞ dolları üçün 25 manat pul ödəyəcəklər. 2015-ci ilin fevral ayından dekabr ayına qədər olan müddətdə kredit götürən vətəndaşlar isə hər 100 ABŞ dolları üçün 60 manat ödəyəcək.

Başqa sözlə, birinci devalivasiyaya qədər hər 100 ABŞ dollarının əvəzində 25 manat, ikinci devalivasiya müddətində isə hər 100 ABŞ dolları əvəzinə 60 manat ödəniləcək.

Digər detallar isə, yəni faiz dərəcələri isə müəyyənləşdirilir. Bugün problemli krediti olan vətəndaşları maraqlandıran odur ki, 10000 dolları krediti varsa, nə qədər ödəməlidir. Bunların hamısı bank tərəfində fərmandan irəli gələn şərtlər daxilində müəyyənləşəcək və vətəndaşlara bildiriləcək. Ümumi vəziyyət budur ki, dövlət, Prezident vətəndaşları dollar kreditləri ilə bağlı yaranmış problemdən azad etməklə, bütün dünyaya sosial inqilab nümunəsi göstərdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam