Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq”

Söhbət ödəmə müddəti 360 gündən keçən kreditlərdən gedir.

Yenixeber.org: Devalvasiyadan yaranan xarici valyutada olan kreditlərin dəyər artımı vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Söhbət ödəmə müddəti 360 gündən keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və dəbdə pulları silinəcək.

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq.

“Yox, əgər kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək.

Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar və Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə adbaad hesablayacaqlar. Əgər kredit qalığı qalırsa, vətəndaş dəvət olunacaq və yeni kredit müqaviləsi bağlanacaq. Öz vəsaiti hesabına həmin krediti bağlayan vətəndaşlar isə kompensasiyanı tam məbləğdə alacaqlar”, - deyə N.Əmirov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam