Ekspertdən banklara irad: Krediti 4 dəfə baha təklif edirlər
17 Sentyabr 2018 Oxunub : 99
Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha daha dərinləşməkdədir. Belə ki, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edirlər. Bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur.
Yenixeber.org: Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, manat əmanətləri də cəlbediciliyi itirməkdədir və illik əmanətlər 7 faiz gəlir gətirir:
"Bununla belə illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bankın Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu isə o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir".
Ekspert qeyd edib ki, Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb.
"Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb. Kredit qoyuluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq, fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə, əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçurumu izah etmək çox çətindir. Əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlarına da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də bu heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir"
Ekspert vurğulayıb ki, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib: "Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Qeyd edək ki, problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərin də də müşahidə edilir. Göründüyü kimi, kredit faizlərinin tənizmlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var".