Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq- DEPUTAT

 

Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq - DEPUTAT

Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar, vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud problemlər barədə informasiyaları onların özlərindən alması bunun əyani təsdiqidir. Prezident İlham Əliyev bu gün imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanla daha bir “çoxillik həllolunmaz problemə” son qoydu.

YENİXEBER.ORG: Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı bu Fərman olduqca önəmlidir. Ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Dövlətimizin başçısı bu Fərmanı çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və ölkədə sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalayıb. Bu Fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə hər dəfə sübut edir ki, o, hər bir azərbaycanlının Prezidentidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam