Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ölkənin enerji sistemini hücumlardan qoruyan yenilik

 

Ölkənin enerji sistemini hücumlardan qoruyan yenilik

“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur.

Yenixeber.org: Qurumdan  verilən məlumata görə, bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq.Hazırda istismarda olan SCADA idarəetmə sistemi 45 enerji obyektini əhatə edir. SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-yə yaxın yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq. Eyni zamanda yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq. Bundan başqa kiber hücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot-bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq.

Hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesfikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək.

Qeyd edək ki, Azərbaycan enerjisistemində SCADA layihəsinin birinci fazası 2005-2011-ci illərdə həyata keçirilib. Lakin rəqəmsal texnologiya çox sürətlə inkişaf etdiyinə görə müəyyən komponentləri hazırda istehsalçı şirkətlər tərəfindən dəstəklənmir və artıq istismardan çıxarılıb. Bu da mövcud SCADA sistemində müəyyən problemlər yaradıb. Yenidənqurmanı şərtləndirən amillərdən biri ötən il istehsalçı şirkətin apardığı audit zamanı müəyyən edilmiş texniki qüsurlar. Digər tərəfdən ötən ilin iyul ayında enerji sistemin baş vermiş sistem qəzası ilə əlaqədar Ölkə Prezidentinin elektroenergetika sektor qarşısında qoyduğu hədəflərə çatmaq üçün “Azərenerji” rəhbərliyi enerjisistemin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulmasını günün tələbi hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam