Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sərnişindaşımada yeni sistem-  Bir biletlə...

Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.

Yenixeber.org: Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər”.

N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq:

“Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumi şəkildə biletlərin alış-satışına nəzarət edə bilir. Lakin elə hallar olur ki, avtobus sahibləri çox sayda bilet alaraq süni şəkildə qiyməti qaldırırlar. Bu cür halların qarşısını almaq üçün avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq”.

Mətbuat katibi əlavə edib ki, vahid bilet sisteminin tətbiqi şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətini birləşdirəcək: "Yəni paytaxtdan hansısa bölgəyə və yaxud hansısa rayondan Bakıya gələcək şəxslər vahid biletdən istifadə edə biləcəklər. Buna vahid kart da demək olar. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər”.

Onun sözlərinə görə, sistem təkcə onlayn bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkə avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alışını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını da təmin edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam