Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti

Yenixeber.org: “Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman yenilikləri və innovativ addımları ilə seçilən “Nar” sərgidə yenilənmiş brendi ilə ən böyük stendlərdən birində öz məhsullarını təqdim edir. Dörd gün davam edəcək sərgi müddətində iştirakçılar həm “Nar” məhsulları ilə tanış olacaq, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.

 

Dörd gün ərzində “Nar” stendini ziyarət edənlər texnoloji yeniliklərlə tanış olmaqla yanaşı, müxtəlif müsabiqələrdə iştirak etməklə hədiyyələr qazanacaqlar. Sərgi günlərində abunəçilər “Nar” məhsulları ilə tanış olduqdan sonra xüsusi müsabiqədə iştirak etməklə, müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

 

“Nar” stendinin qonaqlarına ilk dəfə mobil operatorun yeni məhsulları olan “Nar TV” və “Nar Wi-Fi” ruteri təqdim olunacaq. “Nar”-ın ən son məhsulları ilə həm əyani tanış olmaq, həm də sınaqdan keçirmək mümkün olacaq. Bundan başqa, ziyarətçilər mobil operatorun yüksək keyfiyyətli 4G sürətini test edə biləcək. Sərgidə abunəçilərə “Nar”-ın sərfəli qiymətlərə təklif etdiyi “Full” paketləri haqqında geniş danışılacaq.

 

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 4-7 dekabr tarixlərində, saat 10:00-dan 18:00-dək davam edəcək.

“Nar” hər kəsi öz stendinə dəvət edir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam