Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Samsung Galaxy Note 8” gəlir

 

“Samsung” şirkətinin rəhbərliyi “Galaxy Note 7” smartfonunu əvəz edəcək modelin avqustun sonunda buraxılması ilə bağlı planları təsdiq edib. Bu barədə Cənubi Koreya istehsalçısının mobil bölməsinin prezidenti Qao Donqjen Tayvanda keçirilən tədbirdə bəyan edib.

Yenixeber.org: AZƏRTAC xəbər verir ki, məlumata görə, top-menecer “Samsung Galaxy Note 8” smartfonunun nümayişinin avqustun sonuna planlaşdırıldığını təsdiq edərək qeyd edib ki, qurğu iki mərhələdə satışa çıxarılacaq. Sentyabrın əvvəlində başlayacaq birinci mərhələ ABŞ, Böyük Britaniya və Cənubi Koreyanı əhatə edəcək. İkinci mərhələnin oktyabrda start götürəcəyi gözlənilir.

İlkin məlumata görə, “Samsung Galaxy Note 8” əvvəlki modellə müqayisədə daha böyük ekranla (6,3 düym diaqonallı), eləcə də tərəflərinin nisbəti 18.5:9 ölçülü “Quad HD+” (2960 x 1440 piksel) təsvir ölçüsünə malik “Infinity Display” ekranla təchiz ediləcək. Qurğunun əsasını “Qualcomm Snapdragon 835” (və ya Snapdragon 836) yaxud “Exynos 8895” prosessorları, 6 giqabaytlıq operativ və 256 giqabaytadək quraşdırılmış yaddaş təşkil edəcək.

Bildirilir ki, “Galaxy Note 8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu ola bilər. Qurğunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Qeyd edək ki, “iPhone 7 Plus” modeli də analoji konstruksiyaya malikdir. Bundan əlavə, akkumulyator tutumu 3300 milliamper/saata bərabər olacaq smartfon “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

“Galaxy Note 8” modelinin “Samsung” şirkətinin ən bahalı smartfonu olacağı gözlənilir. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.

“Samsung Galaxy Note 8” smartfonunun təqdimatı avqustun 23-də Nyu-Yorkda keçiriləcək “Galaxy Note Unpacked 2017” tədbirində planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam