“Bakı Telefon Rabitəsi” yenidən təşkil olunur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC (BTR) yenidən təşkil olunur.
Yenixeber.org: Bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, buna səbəb "Meqa-Telekom" MMC-nin, eləcə də Rabitə qurğularının təmiri və tikintisi idarəsinin və Bakı Avtomat Telefon Qovşağının BTR-ə qoşulmasıdır.