Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirdən daha bir təyinat

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun səlahiyyətlərini icra edəcək.

Xeberinfo.com:   Məlumata görə, Rövşən Babayevin artıq bir neçə gündür baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl “MTN işi” ilə bağlı Birliyin baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs olunub.

Ötən ilin sonlarında əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilib. Bu günə qədər bu qurumun baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.

Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.

RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.

BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam