Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis veteranları ilə görüş keçirilib

    

Polis veteranları ilə görüş keçirilib
Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
Yenixeber.org: Qazax rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbiri giriş sözü ilə Qazax RPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev açıb. O, qeyd edib ki, bu gün cəmiyyətimizdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.



Görüşdə çıxış edən rayon polis veteranları şurasının sədri Ramiz Xəlilov, hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını deyib. Natiq onu da vurğulayıb ki, son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşib. Sevindirici haldır ki, hazırda polis işçiləri müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təchiz olunub.

Gənc polis əməkdaşları adından çıxış edən Qazax RPŞ-nin kadrlar qrupunun baş inspektoru Vüsal Hüseynov bildirib ki, veteran həmkarlarımızla mütəmadi görüş gənc polislərə stimul verməklə yanaşı onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam