Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XƏBƏRDARLIQ!Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır -

 İki gündür əsən külək toz qaldırır, ağacların çiçəklərini isə ətrafa yayır ki, bu ta bəzi insanlar üçün təhlükəlidir

Yenixeber.org: Son günlər allergik xəstəliklərlə bağlı həkimlərə müraciət edənlərin sayı artıb.

Yuxarı tənəffüs yollarında iltihabı olan insanlar, allergiya xəstəlikləri ilə mübarizə aparanlar bu günlərdə ehtiyatlı olmalıdırlar. Həkimlər deyir havaların küləkli keçməsi və nəticədə tozun yayılması həssas insanlarda ciddi narahatlığa səbəb olur.

Nahid Məhərrəmov - Terapevt: "Bronxlarda spazm yaranır, ondan rahatsız olur, nəfəs ala bilmir. Bəzən olur, insan deyir ki, mənə soyuq dəyib. Burnu axır. Amma bu, sırf həmin o toz dənəciklərinin insan orqanizminə etdiyi təsirdən ibarətdir. Allergiyanın verdiyi təsirdir".

Ekoloqların sözlərinə görə, yayılan ağ cisimlər çinarın tozanağıdır. Pambığa bənzər bu tozlar barıtla müqayisə olunur.

Telman Zeynalov - Ekoloq: "Ağ rəngdə pambığa oxşayır. Çinarın tumlarıdır bunlar. Başqa yerdə torpağa düşəndə orada çinar bitir. O pambıq barıt kimidir. Bir balaca ora alov düşəndə barıt kimi yanıb partlayırlar".

Ekoloqlar ağac tozlarının vaxtında təmizləməklə problemin önləməyin mümkün olduğunu deyirlər. Həkimlərsə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin ağac tozlarından qorunmasını vacib sayırlar.

Nahid Məhərrəmov - Terapevt: "Yaxşı olardı ki, respiratorlardan istifadə etsinlər. Sadə dildə izah etsək, hava filtirdən keçəndə toz allergenlər insan orqanizminə təsir etmir. Sırf allergiya ilə, bronx spazmla müraciət edənlərin sayı artıb.

Bundan əlavə, qaşınması olanlar, nəfəsalmada çətinlik çəkən, bronxospazması olanlar tozlu yerlərdən uzaq durmalıdırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam