Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda toz dumanı bir qədər də arta bilər -XƏBƏRDARLIQ

Bakıda toz dumanı bir qədər də arta bilər -

 

Yenixeber.org: Hazırda Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən daxil olan tozlu küləklə bağlıdır və analizlərin nəticəsinə əsasən, havada tozun həcmi sanitar normadan 20 faiz artıqdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M.Avazova bildirib ki, tozlu külək bu gün səhər saat 09:00-dan Azərbaycan ərazisinə daxil olub: "Səhər saat 07:00-da aparılan analizlərin nəticəsinə əsasən, havada tozun miqdarı norma daxilində olub, lakin sonradan vəziyyət dəyişib".

Departament direktoru bildirib ki, bu cür hava şəraitinin ayın 26-dək davam edəcəyi proqnozlaşdırılır:

“Zəif cənub-şərq küləyi əsdikcə, yəni Türkmənistan tərəfdən külək əsdikcə tozlu hava şəraitinin avqustun 26-na qədər davam edəcəyi, atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. Havada yüksək temperatur, yüksək rütubət olacaq. Məsləhət olunur ki, nəfəs yollarında problem olan insanlar ev şəraitində qalsınlar. Əgər başqa istiqamətdən külək olarsa, vəziyyət başqa cür inkişaf edə bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam