Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda bəzi sürücülər "BakuBus"ların yolunu kəsib(VİDEO)

 

 

Paytaxtda bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq "BakuBus" avtobuslarının qarşısını kəsir və beləliklə də sərnişinlərin həyatını təhlükəyə atır
 
Yenixeber.org: Bu barədə "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat yayıb. O, sosial şəbəkə hesabında üç videogörüntü paylaşaraq, bunların hər birində hər birində avtobusun təhlükəsiz hərəkətinə maneə yaradan və bununla avtobusdakı sərnişinlərin həyatını təhlükə qarşısına atan yol hərəkəti iştirakçılarının ciddi qayda pozuntularının olduğunu qeyd edib.
 
Birinci hadisə 23.01.2018-ci il tarixində saat 14:19 radələrində 1 saylı marşrut xətti üzrə üzü 28 May m/s istiqamətinə hərəkət edən "BakuBus”a məxsus 99JX-231 dövlət qeydiyyat nişanlı avtobusun Qara Qarayev m/s dayanacağına yaxınlaşarkən baş verib.

İkinci hadisə 26.01.2018-ci il tarixində saat 16:39 radələrində 6 saylı marşrut xətti üzrə üzü Azadlıq m/s istiqamətinə hərəkət edən "BakuBus”a məxsus 99JH-096 dövlət qeydiyyat nişanlı avtobus Elmlər Akademiyası m/s yaxınlığında olarkən baş verib.

Üçüncü hadisə isə 28.01.2018-ci il tarixində saat 09:45 radələrində 17 saylı marşrut xətti üzrə üzü İnşaatçılar m/s istiqamətinə hərəkət edən "BakuBus”a məxsus 99JX-195 dövlət qeydiyyat nişanlı avtobusun 2 saylı Tibb Kollecinə yaxınlaşarkən baş verib.

Videogörüntülərdən də aydın göründüyü kimi hər üç hadisədə avtobusu idarə edən sürücülərin sayıqlığı nəticəsində baş verə biləcək real yol hərəkəti qəzasının qarşısı alınıb və sərnişinlər arasında xəsarət alan olmayıb. Ancaq bununla belə salonda olan onlarla sərnişinin həyatı təhlükə qarşısında qalıb və ictimai nəqliyyatın təhlükəsiz hərəkətinə ciddi şəkildə maneə yaranıb.
 
O, həmçinin yol hərəkəti qaydalarını pozaraq avtobusun təhlükəsiz fəaliyyətinə maneə yaradan sürücülərlə yanaşı, ödəniş etmədən orta və arxa qapılardan minən, 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş etməyən, sürücü dəfələrlə müracət etsə belə avtobusa minəndən sonra arxaya doğru irəliləmək istəməyən, ön qapıdan düşmək istəyən, salonu məişət tullantıları ilə zibilləyən, tıxac zamanı icazə verilməyən (yolun ortasında ) yerdə düşmək istəyən, sürücünü təhqir edən, qapıların önündə dayanıb digər sərnişinlərin hərəkətinə mane yaradan, düşməli olduqları dayanacağı düşməyib keçdikdən sonra sürücüdən qapıları yenidən açmasını tələb edən və eyni zamanda digər sərnişinlər üçün də narahatçılığa səbəb olan sərnişinlərin də olduğunu diqqətə çatdırıb.
 
Qurum rəsmisi bəzi media orqanlarının da reallıqdan uzaq informasiyalar yaydığını vurğulayıb:
 
"Bu sahədə ciddi dəyikiliklər gözləyir, qarşılıqlı şəkildə tələbkarlıq ediriksə, o zaman bəzi sərnişinlər və yol hərəkəti iştirakçıları ictimai nəqliyyata, xüsusən də avtobus sürücülərinə olan münasibətlərini bir daha gözdən keçirməli, qəbul olunmuş qaydalara birmənalı şəkildə əməl etməlidirlər.
Təbii ki, burada sərnişindaşıma sahəsində aparılan islahatlar və maarifləndirmə işlərində yaxından iştirak edən media qurmlarının fəaliyyəti də danılmazdır. Çünki onların bu sahədə münasibətləri formalaşdırmaq və ictimai rəy yaratmaq imkanları genişdir. Ancaq təəssüf ki, bəzən biz bir sıra media nümayəndələrinin qeyri-peşəkar, hətta qərəzli münasibətini də müşahidə edirik. Bəzi saytlar ictimai nəqliyyatda baş vermiş istənilən xoşagəlməz hadisə ilə bağlı "BakuBus” avtobuslarının şəkilini paylaşaraq avtobusun hansı daşıyıcıya aid olduğunu müəyyənləşdirmədən xəbərin çox oxunması və reytinq naminə heç bir əsas olmadan "BakuBus sürücüsü qaydanı pozdu” və ya "BakuBus avtobusu qəza törətdi” kimi başlıqlardan istifadə edirlər. Dəfələrlə bu cür saytlara xəbərdarlıq olunmasına baxmayaraq onlar məsələnin məsuliyyətini dərk etmədən gerçəklikdən uzaq, reallığı əks etdirməyən məlumatlar yaymaqda davam edirlər. Hesab edirik ki, hər hansı bir avtomobil yol hərəkəti zamanı "BakuBus” avtobusuna toxunaraq qəza törədirsə, bu hadisə "BakuBus avtobusu qəza törətti” başlığı ilə verilməməlidir. "BakuBus” olaraq həmin saytları istənilən hadisəni araşdırmadan əvvəl, reallıqdan uzaq məlumatları yaymaqdan qətiyyətlə imtina etməyə çağırırıq. Əgər söhbət bir sahənin ən yüksək səviyyədə inkişafından gedirsə buradə bütün tərəflərin məsuliyyəti və məqsədyönlü fəaliyyəti vacibdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam