Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ofisi açılacaq

 

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda ofisinin açılması istiqamətində işlər həyata keçirilir

 

Yenixeber.org: Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu və 2018-ci ildə ÜƏMT-lə yeni fəaliyyət planı layihəsinin imzalanması ilə bağlı məsələlər Komitənin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il oktyabrın 2-4-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş ÜƏMT-in Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında müzakirə edilib: "Bu istiqamətdə Patent və Əmtəə Nişanları Mərkəzi ilə birlikdə işlər həyata keçirilməkdədir. İşlərdən biri Komitə, Patent və Əmtəə Nişanları Mərkəzi və ÜƏMT təşkilatçılığı ilə Elmlər Akademiyasında və digər ali təhsil müəssisələrində Texnologiya və İnformasiyalara Dəstək Mərkəzlərinin (TİDM) yaradılmasıdı. Həmin mərkəzlərin əməkdaşlarına mütəmadi olaraq təlim kursları keçirilir. Təlimlərin məqsədi TİDM-də patent axtarışı ilə məşğul olan kadrlara yerli və beynəlxalq patent bazalarında axtarışın aparılması qaydalarının öyrədilməsidir.

Eyni zamanda “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin (TİDM) İnkişafına dair” təlim seminar keçirilib. Seminarın əsas məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətmək olub. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində addım olaraq keçirilən seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edir və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addımlardandır.

Həmçinin ÜƏMT-in baş direktoru Frensis Qarrinin bu ilin I yarısında Azərbaycana səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində Azərbaycanla ÜƏMT arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun davam etdirilməsi üçün yeni tədbirlər planının müzakirəsi və imzalanması, Azərbaycanda Patent sisteminin 25 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində ali qonağın hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulur".  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam