Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Patent və Əmtəə Nişanları Mərkəzinin direktoru:"Bəzi Avropa ölkələri Azərbaycan brendlərini oğurlayır"

 

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Patent və Əmtəə Nişanları Mərkəzi mütamadi olaraq Azərbaycana məxsus coğrafi adların xarici ölkələrdə əmtəə nişanı kimi qeydiyata alınmasını müşahidə edir.

 

Yenixeber.org: Bunu açıqlamasında Mərkəzin baş direktoru Günel Sevdimaliyeva son vaxtlar Azərbaycan brendlərini xarici ölkələrin oğurlaması məsələsinə münasibət bildirirərkən deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Meksikada, eləcə də bir sıra Avropa ölkələrində belə halların olduğunu aşkar edib: "Məsələn, Latviyada Ağdam şərabı qeydiyyata alınmışdı. Bununla əlaqədar həmin ölkənin patent qurumuna müraciət etdik. Təəssüf ki, belə hallar çoxdur. Bütün dövlətlərin, o cümlədən Azərbaycanın da qanunvericiliyində də belədir ki, qeydiyyatla bağlı mübahisələrə ancaq məhkəmə müstəvisində baxılır.  Yəni, qeydiyyat olubsa, patent ofisi hüquqi tədbir görə bilmir. O, sadəcə bu cür halların təkrarlanmamasını təmin edə bilir. Ötən həftə İspaniyanın, Xorvatiyanın patent ofisindən cavablar alımışıq ki, bu hallar təkrarlanmayacaq. Hətta Rusiyada da öhdəlik götürürlər ki, belə hallar təkrarlanmayacaq. Əlimizdən gələni edirik ki, bu cür halların qarşısını alaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam