Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakıda 2 günlük regional seminar öz işinə başlayıb

Bakıda 2 günlük regional seminar öz işinə başlayıb

 

Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb

 

Yenixeber.org: Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb.

Bildirib ki, yeni iqtisadi modelə keçidlə iqtisadiyyatımız innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. Niyazi Rəhimovun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edir. Bir çox hallarda, kiçik və orta sahibkarlığın təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiralar sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır, böyük iqtisadi uğurla nəticələnir.

Əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən komitə sədrinin müavini dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair cənab prezidentin Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman isə təmsil etdiyi təşkilatla komitənin əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır. ÜƏMT-nin əksər saziş və müqavilələrinə qoşulmaqla bu sahədə maraqlarını bəyan edən Azərbaycan əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində beynəlxalq tələblərə uyğun inkişafını təmin edir. Qonaq qeyd edib ki, təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyi bundan sonra da davam edəcək. O, “Patent hüququ” müqaviləsinin (PLT) ümumi icmalını iştirakçıların diqqətinə çatdırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam