Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İdmançılar prezidentdən kömək istəyir

       

 

       Abşeron rayonu Ceyranbatan qəsəbə idmançıları lazımı şəraitin olmamasından narazıdır 

 

       "Xeberinfo.com": Redaksiyamıza Ceyranbatan sakinləri və idmançıları tərəfindən, respublika Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi oxucularımızın da nəzərinə catdırırıq:

 

       Yazıb, sizə bildiririk ki, Abşeron rayonu Ceyranbatan qəsəbə gənclərinin və uşaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün heç bir şərait yoxdur. Əvvəllər qəsəbədəki 1 saylı məktəbdə uşaqların idmanla məşğul olmaları üçün kiçik də olsa bir yer ayrılmışdır. Bu yaxınlarda həmin kiçik zalda təmir üçün bağlandı.                                                       

      Hörmətli cənab prezidentimiz sizin gənclərə göstərdiyiniz diqqət və qayğı eyni  zamanda respublikamızda idmanın inkişafı sahəsində gördüyünüz əhatəli və geniş tədbirlər nəticəsində ölkəmiz çox ciddi uğurlara nail olmuşdu.                                        
     Təssüflər olsun ki, sakini olduğumuz Ceyranbatan qəsəbəsində 20 mindən artıq əhalinin yaşamasına baxmayaraq istedadlı uşaqların özlərini göstərməsi üçün qəsəbə rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Bu boyda qəsəbəmizdə bir dənə də olsun idmana aid hər hansı bir kompleks yoxdur. Bu səbəbdən uşaqlarımız idmanla məşğul olmaq üçün Sumqayıt və Xırdalan kimi qəsəbədən xeyli uzaq məsafədə yerləşən şəhərlərə getməli olurlar. Bu məqsədlə də sizə müraciət etmək məcburiyyətində qaldıq. Xahiş edirik ki, uşaqlarımızın idman sahəsindəki bacarıq və qabiliyyətinin aşkarlanmasında müstəsna rolu olan hər hansı idman kompleksinin fəaliyyətə başlanması üçün rayon və qəsəbə rəhbərliyinə təsir göstərəsiniz. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam